- Paytaxt
- 15 İyun 2022 13:51
- 5 808
Sergey Lavrov gələn həftə Azərbaycana səfər edəcək
Rusiyanın xarici işlər naziri Sergey Lavrov iyunun 23-24-də Azərbaycana səfər edəcək
Bu barədə Rusiya XİN-in sözçüsü Mariya Zaxarova brifinqdə bildirib.
Onun sözlərinə görə, S.Lavrov Bakıya səfəri çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və xarici işlər naziri Ceyhun Bayramovla görüşəcək. (report)