"Fikrimcə, bu səfər tarixi səfərdir və danışıqlarımızdan tamamilə məmnunam", - Özbəkistan Prezidenti vurğulayıb "Fikrimcə, bu səfər tarixi səfərdir və danışıqlarımızdan tamamilə məmnunam", - Özbəkistan Prezidenti vurğulayıb
  • Paytaxt
  • 21 İyun 2022 23:30
  •  3 659

"Biz hər şeyi edirik ki, güclü Özbəkistan və güclü Azərbaycan olsun" - Mirziyoyev

"Fikrimcə, bu səfər tarixi səfərdir və danışıqlarımızdan tamamilə məmnunam", - Özbəkistan Prezidenti vurğulayıb

"Biz hər şeyi edirik ki, güclü Özbəkistan və güclü Azərbaycan olsun".

Aznews.az xəbər verir ki, bunları Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə mətbuata birgə bəyanatında deyib.

"Onlar güclü olanda məcbur edəcəyik ki, bizə hörmət etsinlər və bundan ötrü bizim hər cür əsasımız var. Belə ki, bu səfər tarixi səfərdir, onun çox yaxşı əsası var və gələcəkdə biz bu əsası həyata keçirməliyik. Sizə bir daha demək istəyirəm, biz razılığa gəldik ki, noyabr ayında İlham Heydər oğlu Səmərqəndə səfər edəcək. Səmərqənddə biz nazirlərimizi bugünkü razılaşmalar barədə dinləyəcəyik. Bunu nəyə görə deyirəm? Ona görə ki, bilirsiniz, bizim çox böyük imkanlarımız var, lakin nəticə çox kiçikdir. Biz bu gün gələcək əməkdaşlığımızın ciddi perspektiv layihələri barədə razılığa gəldik. Fikrimcə, bu səfər tarixi səfərdir və danışıqlarımızdan tamamilə məmnunam", - Özbəkistan Prezidenti vurğulayıb.