Nazirlər Kabinetindən məlumat verilib Nazirlər Kabinetindən məlumat verilib
  • Paytaxt
  • 23 İyun 2022 14:46
  •  4 126

Əli Əhmədov BQXK-nin Azərbaycan nümayəndəliyinin yeni rəhbəri ilə görüşüb

Nazirlər Kabinetindən məlumat verilib

Baş nazirinin müavini Əli Əhmədov Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı nümayəndəliyinin səlahiyyətləri başa çatmaqda olan rəhbəri Arian Bauer və nümayəndəliyin yeni rəhbəri Draqana Koiç ilə görüşüb.

Bu barədə Nazirlər Kabinetindən məlumat verilib.

Görüşdə Azərbaycan ilə BQXK arasında uzunmüddətli əməkdaşlığın uğurlu nəticələri barədə söhbət açılıb, birgə həyata keçirilən layihələrin önəmi vurğulanıb.

Həmçinin BQXK-nın Azərbaycandakı nümayəndəliyinin fəaliyyəti ilə bağlı cari və perspektiv məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.