Bu barədə Nazirlər Kabinetindən məlumat verilib Bu barədə Nazirlər Kabinetindən məlumat verilib
  • Paytaxt
  • 6 İyul 2022 14:46
  •  4 627

Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısında dəyişiklik edilib

Bu barədə Nazirlər Kabinetindən məlumat verilib

Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısında dəyişiklik edilib.

Bu barədə Nazirlər Kabinetindən məlumat verilib.

Bildirilib ki, hökumətin qeyd olunan Qərarı ilə Nazirlər Kabinetinin 2011-ci il 118 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda edilən dəyişikliklər uyğunlaşdırma xarakteri daşıyır.

Qərar Ərazi Maliyyə Hesablaşma Mərkəzlərinin ləğv edilməsi, eləcə də Sumqayıt və Lənkəran şəhər inteqrasiya təlimli internat tipli gimnaziyaların adlarının dəyişdirilməsi ilə əlaqədar qəbul olunub.