- Paytaxt
- 17 Avqust 2022 18:59
- 4 112
Mixail Mişustin Əli Əsədova zəng edib

Qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb
Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin Baş nazir Əli Əsədova zəng edib.
Aznews.az xəbər verir ki, Nazirlər Kabinetindən verilən məlumata görə, telefon danışığı zamanı Azərbaycan-Rusiya strateji tərəfdaşlığının inkişafından məmnunluq ifadə olunub, ikitərəfli münasibətlərin müxtəlif sahələrdə genişləndirilməsi perspektivləri müzakirə olunub.
Həmçinin qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.