• Paytaxt
  • 10 İyun 2023 13:07
  •  5 002

Fərhad Hacıyev: “Hazırda “Yüksəliş” müsabiqəsinin imtahanlarında qayda pozuntusu qeydə alınmayıb"

"Bu saatlara qədər üçüncü “Yüksəliş” müsabiqəsində əyani mərhələnin imtahanlarında hər hansı bir qayda pozuntusu qeydə alınmayıb".

Aznews.az xəbər verir ki, bunu Azərbaycanın gənclər və idman nazirinin müavini, “Yüksəliş” müsabiqəsinin İşçi Qrupunun rəhbəri Fərhad Hacıyev jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, iki saatdan sonra artıq nəticələr məlum olacaq: “Həmin nəticələr dərhal iştirakçıların şəxsi kabinetinə yerləşdiriləcək. Bundan sonra onlar növbəti mərhələyə keçib-keçmədikləri barədə məlumatları əldə edə biləcəklər”.