• Paytaxt
  • 3 İyul 2023 15:38
  •  7 652

Bizim üçün Taylandla iqtisadi, siyasi münasibətləri inkişaf etdirmək maraqlıdır - Rüfət Quliyev

Taylandın turizm və idman naziri Fifat Ratçakitprakam öz heyəti ilə Azərbaycanda rəsmi səfərdə olub.

“Ötən həftə bizim görüşümüz oldu. Biz nazirlə görüş keçirdik. Mən ona Azərbaycan Parlamenti haqqında məlumatlar verdim. Artıq fəaliyyətə başlamışam”.

Bu barədə AzNews.az-a açıqlamasında millət vəkili Rüfət Quliyev bildirib.

Millət vəkili həmçinin qeyd edib ki, Azərbaycan-Tayland dostluq qrupunun rəhbəri təyin olunub.

“Biz aktiv şəkildə işə başlamışıq. Bizim üçün Taylandla iqtisadi, siyasi münasibətləri inkişaf etdirmək maraqlıdır. Parlamentlərarası dostluq qrupunun bu işdə böyük təsiri olacaq. Taylandda bu ilin may ayında parlament seçkiləri keçirilib. Tayland-Azərbaycan qrupu formalaşır. Biz sentyabr ayında işgüzar münasibətlərin qurulmasında maraqlıyıq. Cənab nazir də, heyətdə olan rəhbərlər də Azərbaycanla olan əlaqələrin, iş birliklərinin yaranmasında maraqlı olduqlarını vurğuladılar. Bir neçə gün sonra Taylandın xarici işlər nazirinin müavini Azərbaycana rəsmi səfər edəcək. Bizim də görüşümüz olacaq. Bu münasibət üzərindən bizim görəcəyimiz bir sıra ciddi işlər var”.

Ayan Rzayeva