Hikmət Hacıyev: "Türk dünyası bizim ortaq ailəmizdir və qlobal güc mərkəzi kimi formalaşır"

"Qəbələ Türk Dövlətləri Təşkilatının 12-ci Zirvə toplantısına ev sahibliyi edir. 12-ci Zirvə toplantısı sülh və təhlükəsizlik mövzusuna həsr olunub. Bu gün təhlükəsizlik bütün ölkələr üçün əsas narahatlıq və ən yüksək prioritet olaraq qalır".

Bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" sosial şəbəkəsində yazıb.

"Türk dünyası bizim ortaq ailəmizdir və qlobal güc mərkəzi kimi formalaşır", - H.Hacıyev qeyd edib.

AzNews.az