- Paytaxt
- 12:00
- 1 117
MEDİA: Türk dünyası dövlətləri ilə əməkdaşlığımız davamlı və sıxdır
“Bu, 12-ci iclasdır. Bu iclas çərçivəsində üzərində işlədiyimiz fəaliyyət planını müzakirə etdik. Fəaliyyət planı çərçivəsində təşkilata üzv dövlətlərin üçtərəfli görüşləri, media forumları və müxtəlif istiqamətlər üzrə səfərlərin təşkili məsələlərini nəzərdən keçirdik”.
Aznews.az xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin Beynəlxalq əlaqələr və sənədlərlə iş departamentinin direktoru Rasim Bağırov bu gün keçirilən Türk Dövlətləri Təşkilatının Media və informasiya üzrə işçi qrupunun 12-ci iclasında jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, tərəflər hər biri öz ölkələrində media sahəsində həyata keçirdikləri fəaliyyətlər və dezinformasiyaya qarşı apardıqları tədbirlər barədə məlumat verdilər:
“Eyni zamanda imzalanmış müxtəlif sənədlər, TDT çərçivəsində fəaliyyət göstərən sahələr və platformaların hazırkı vəziyyəti, həmçinin gələcək planları müzakirə olundu. Azərbaycan nümayəndə heyəti olaraq qeyd etdik ki, Azərbaycan üçün TDT-yə üzv ölkələrlə əməkdaşlıq prioritet məsələlərdən biridir. Həmin dövlətlərlə sıx əlaqələrimiz mövcuddur".
O qeyd edib ki, Azərbaycan və Özbəkistan arasında isə yol xəritəsi adlı sənəd mövcuddur: “Bu sənəd çərçivəsində bir sıra tədbirlər keçirilib və həmin tədbirlər qarşılıqlı xarakter daşıyır. Türk dünyası dövlətləri ilə əməkdaşlığımız davamlı və sıxdır”.
AzNews.az