Ceyhun Bayramov Kaya Kallasla regional məsələləri müzakirə edib

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Kaya Kallasla görüşüb.

Aznews.az xəbər verir ki, görüş ATƏT Nazirlər Şurasının Vyanada keçirilən 32-ci iclası çərçivəsində baş tutub.

Tərəflər Azərbaycan-Aİ əməkdaşlığının gündəliyini nəzərdən keçiriblər, yüksək səviyyəli təmasların müsbət dinamikasını alqışlayıblar, eyni zamanda, enerji təhlükəsizliyi, nəqliyyat və rabitə, ticarət və "yaşıl keçid" sahələrində əməkdaşlığın genişləndirilməsini müzakirə ediblər.

Ceyhun Bayramov regional məsələlər və Azərbaycanın Cənubi Qafqazda davamlı sülh və sabitliyin təşviqi səyləri barədə Kaya Kallasa məlumat verib.