Avstraliya Ukraynaya 62,8 milyon dollar həcmində yeni hərbi yardım ayırdı

Avstraliyanın Xarici İşlər Nazirliyi Ukraynaya göstəriləcək hərbi yardım və Rusiyaya qarşı tətbiq ediləcək yeni sanksiyalarla bağlı bəyanat yayıb.

Bəyanatda bildirilib ki, Ukraynaya ümumilikdə 62,8 milyon ABŞ dolları məbləğində hərbi yardım göstəriləcək. Bu vəsaitin 33 milyon dolları ABŞ silah və avadanlıqlarının Ukraynaya tədarükünü nəzərdə tutan “Ukraynanın Prioritet Ehtiyaclar Siyahısı” (PURL) proqramı çərçivəsində ayrılacaq.

Açıqlamada qeyd olunub ki, Avstraliyanın Ukraynaya indiyədək göstərdiyi ümumi yardımın həcmi təxminən 1,1 milyard dollara çatıb. Eyni zamanda Rusiyanın “kölgə donanması” adlandırılan gəmilərinə qarşı yeni sanksiyaların tətbiq edildiyi də vurğulanıb.

Sözügedən yardım NATO tərəfindən PURL proqramı çərçivəsində hazırlanmış planın ardınca həyata keçirilib.

Mövsüm,

AzNews.az