İlham Əliyev Davosda "DP World" şirkətlər qrupunun sədri və icraçı direktoru ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 19-da Davosda dünyanın ən böyük liman operatorlarından biri olan "DP World" şirkətlər qrupunun sədri və icraçı direktoru Sultan Əhməd bin Sulaim ilə görüşüb.

Aznews.az xəbər verir ki, görüşdə "DP World" şirkətinin Azərbaycanda uğurlu fəaliyyəti məmnunluqla qeyd edilib.

Ölkəmizin mühüm beynəlxalq nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşdiyi vurğulanaraq, son dövrlərdə Azərbaycanda müasir nəqliyyat infrastrukturunun qurulması istiqamətində icra edilən layihələrdən bəhs olunub. Bu xüsusda "DP World" şirkəti ilə əməkdaşlığın genişləndirilməsinin potensialının olduğu vurğulanıb.

image description