- Paytaxt
- 13:55
- 1 372
İsrailin XİN başçısı: Azərbaycana investisiya yatırmaq istəyirik
"Biz Azərbaycana investisiya yatırmaq istəyirik”.
Aznews.az xəbər verir ki, bunu İsrail xarici işlər naziri Gideon Saar Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla birgə mətbuat konfransında deyib.
O bildirib ki, iki ölkə arasında enerji əməkdaşlığı xüsusi əhəmiyyət kəsb edir: “SOCAR İsrailin şirkətindən 10% pay əldə edib. Bu etimadın, münasibətlərin irəliyə aparılmasının nümunəsidir. Azərbaycanda hər zaman yəhudilər sülh şəraitində yaşayıb və yaşamağa davam edir”.