- Paytaxt
- 12:24
- 1 472
Hüquq təhsilinin təşkilində müəyyən nöqsanlar müşahidə olunur - Kamran Əliyev
Hüquq təhsilinin təşkilində müəyyən nöqsanlar da müşahidə olunur.
Aznews.az xəbər verir ki, bu fikirləri Baş prokuror Kamran Əliyev bu gün Bakıda keçirilən “LEGIS” Beynəlxalq Hüquq Forumunda çıxışı zamanı deyib.
Kamran Əliyev bildirib ki, son dövrlərdə prokurorluq orqanlarında qulluğa qəbul olmuş gənclərin bir çoxunun kriminalistika sahəsində bilik və bacarıqlarının çox aşağı olduğu və ya bu sahədə biliklərinin ümumiyyətlə olmadığı müşahidə edilir:
“Biz problemin kökünün nədə olduğu ilə maraqlandıqda müəyyən etdik ki, təəssüflər olsun ki, kriminalistika fənni əksər ali təhsil müəssisələrində seçmə fənn kimi tədris olunur və tələbələrin bir çoxu həmin fənni seçmir. Sonra həmin tələbələr prokurorluq orqanlarında işə qəbul olunduqda, işləməkdə çətinlik çəkirlər. Çünki kriminalistik taktika və texnika barədə məlumatı olmayan şəxsin hər hansı fakt üzrə səmərəli araşdırma aparması mümkün deyil”.
Baş prokuror əlavə edib ki, rəqəmsallaşma sahəsində çox sürətli inkişafın getdiyi bir dövrdə hüquq fakültəsinin tələbələrinin rəqəmsal savadlılığının artırılmasına da xüsusi diqqət yetirmək lazımdır./trend