- Paytaxt
- 17:58
- 1 600
Prezident yeni səfirlər və konsul təyin etdi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu gün bir sıra diplomatik təyinat və geri çağırmalar barədə sərəncamlar imzalayıb.
Sərəncamlara əsasən:
- Elmar Eldar oğlu Məmmədov Azərbaycan Respublikasının Bolqarıstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
- Cavidan Rizvan oğlu Hüseynov Bəhreyn Krallığında Azərbaycan Respublikasının fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə gətirilib. Eyni zamanda o, Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində Azərbaycan Respublikasının baş konsulu vəzifəsindən geri çağırılıb.
- Kamran Vahid oğlu Məmmədzadə Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilib.
Bütün sərəncamlar Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndinə əsasən verilib.
AzNews.az