“Heydər” məscidinin nəzdində mədrəsə yaradılacaq

“Heydər” Məscid-Kompleksinin nəzdində mədrəsə yaradılacaq.


Bunu "Heydər" Məscid-Kompleks İdarəsinin sədri hacı Sabir Həsənli bildirib.

Onun sözlərinə görə, hazırda mədrəsənin təsis edilməsi istiqamətində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə danışıqlar aparılır: "Məscidin nəzdində mədrəsənin yaradılması bir ideayadır və hazırda bununla bağlı Dini Qurumlarlarla İş üzrə Dövlət Komitəsi ilə danışıqlar aparılır. Mədrəsə Təhsil Nazirliyinin lisenziyası əsasında, orta-ixtisas dini tədris müəssisəsi kimi fəaliyyət göstərəcək. Orta məktəblərin IX və ya XI siniflərini bitirənlər mədrəsəyə qəbul oluna biləcəklər".

S.Həsənlideyib ki, mədrəsədə yalnız dini təhsil verilməyəcək, dünyəvi elmlər də öyrədiləcək.

İdarə sədri vurğulayıb ki, mədrəsəni bitirən məzunlara diplomlar Təhsil Nazirliyi tərəfindən veriləcək.

Report.az