Azərbaycanda törədilən qətlin üstü 5 ay sonra açıldı

Ötən il sentyabrın 7-də Abşeron rayonunun Xocəsən qəsəbəsində üzərində zorakılıq əlamətləri olan 25-30 yaşlı kişi meyiti tapılıb.


AzNews.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, polis və prokurorluq orqanları əməkdaşları tərəfindən aparılan tədbirlərlə qətlə yetirilənin Kürdəmir rayon sakini Xanlar Nadirov olması müəyyən edilib və hadisəni törətməkdə şübhəli bilinən Lənkəran rayon sakini Vüsal Mirzəyev və Kürdəmir rayon sakini Vüsal Qədiyev tutulub, daha 1 nəfər isə müəyyən edilib.

Faktla bağlı əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.