- Köhnə - Cəmiyyət
- 9 Fevral 2016 14:18
- 1 966
Mənzildən qızıl oğurlandı
Şəmkir şəhərində yaşayan S.Qəhrəmanovun mənzilindən qızıl oğurlanıb.
AzNews.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, fevralın 7-də Şəmkir şəhərində yaşayan Sayad Qəhrəmanovun mənzilindən pəncərədən girmək yolu ilə 3000 manat dəyərində qızıl əşyalar oğurlanıb.
Şəmkir RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən şəhər sakini Ramiz Zirəddinli tutulub.