Hazırda həbsdə olan tanınmış teleaparıcı İlham Mirzəyevin anası prezident İlham Əliyevə müraciət edib. Hazırda həbsdə olan tanınmış teleaparıcı İlham Mirzəyevin anası prezident İlham Əliyevə müraciət edib.

İlham Mirzəyevin anası prezidentə müraciət etdi - VİDEO

Hazırda həbsdə olan tanınmış teleaparıcı İlham Mirzəyevin anası prezident İlham Əliyevə müraciət edib.


AzNews.az xəbər verir Gülarə Mirzəyeva "Youtube" üzərindən yaydığı müraciətdə prezidentdən oğlunun əfv olunması üçün xahiş edib: "Bu, İlham Mirzəyevin birinci məhkumluğudur. Hansı məhkəmələrə müraciət ediriksə barəsində çıxarılan qərar qüvvəsində qalır. Hazırda çəkilməmiş 1 il 3 ayı qalıb. Hamı İlhamdan razılıq edir. Onu "vurdu"lar. Hardan "vurdu"lar onu biz də bilmədik. Nahaq sözlər, şaiyələr deyildi. O məni yandırdı.

Ağır şəkər xəstəsiyəm. Mən prezidentimdən xahiş edirəm balamı əfv etsin".


G.Mirzəyeva qeyd edib ki, İ.Mirzəyevin himayəsində iki azyaşlı uşağı, cavan yoldaşı var: "Tək mənim pensiyamla dolanırıq. Mehriban xanıma üz tuturam, siz uşaqları gözü yaşlı qoymursunuz. İki körpə balanı gözü yaşlı qoymayın".

Xatırladaq ki, İ.Mirzəyev 2014-cü il aprelin 11-də dələduzluq ittihamı ilə həbs olunub. İttihama əsasən, teleaparıcı direktoru olduğu "İlhamed" tibb mərkəzində Aynur Əhmədova adlı vətəndaşa cadugərlik yolu ilə yalan vədlər verərək, onun 3000 avro pulunu mənimsəyib. Lakin İ.Mirzəyev ittihamı rədd edir və deyilənlərin yalan olduğunu bildirir. Nərimanov rayon məhkəməsi İ.Mirzəyevin 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb. Sonra Bakı Apelyasiya Məhkəməsi onun barəsində olan hökmü dəyişib və cəzanın müddəti 3 il 6 aya endirilib.



Bahar RÜSTƏMLİ
AzNews.az