Nizami Kino Mərkəzinə direktor təyin olunub. Nizami Kino Mərkəzinə direktor təyin olunub.

Nizami Kino Mərkəzinə direktor təyin olundu

Nizami Kino Mərkəzinə direktor təyin olunub.


AzNews.az xəbər verir ki, Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin müvafiq əmrinə əsasən, 11 fevral 2016-cı il tarixindən etibarən Leyli Şəmsəddin qızı Mirzəyeva Nizami Kino Mərkəzinin direktor vəzifəsinə təyin olunub.

Qeyd edək ki, L.Mirzəyeva Bakı Musiqi Akademiyasının məzunudur. Müxtəlif dövrlər ərzində O, "Kainat" Gənclik Mərkəzinə layihələr üzrə koordinator, Nizami Kino Mərkəzində marketinq şöbəsinin müdiri və kino işləri üzrə direktor müavini vəzifələrində çalışıb.