Mübariz İbrahimov və Fərid Əhmədovun dəfnindən 2 il keçdi

Bir gün şəhid qəhrəmanlar Mübariz İbrahimov və Fərid Əhmədovun torpağa tapşırılmasının iki ili tamam olur.

AzNews.az-un məlumatına görə, 2012-ci il noyabrın 7-də Müdafiə Nazirliyinin Təlim-Tədris Mərkəzində keçirilən vida mərasiminə Azərbaycan prezidenti, Silahlı Qüvvələrin ali baş komandanı İlham Əliyev də qatılıb. Sonra şəhid qəhrəmanlar İkinci Fəxri xiyabanda dəfn olunublar.

Həmin il noyabrın 11-də isə Təzəpir məscidində prezident İlham Əliyevin adından şəhid hərbçilər – Milli Qəhrəman Mübariz İbrahimov və "İgidliyə görə" medalıyla təltif olunmuş baş leytenant Fərid Əhmədovun xatirəsinə ehsan mərasimi keçirilib.

Vasif Həsənli
AzNews.az