Gəncə şəhərində törədilən qətllə bağlı cinayət işi başlayıb. Gəncə şəhərində törədilən qətllə bağlı cinayət işi başlayıb.

İdmançının güllələnməsi ilə bağlı - Rəsmi açıqlama

Gəncə şəhərində törədilən qətllə bağlı cinayət işi başlayıb.


Bu barədə AzNews.az-a Daxili İşlər Nazirliyi və Respublika Baş Prokurorluğunun Mətbuat xidmətlərindən verilən məlumatda bildirilir.

Qeyd olunur ki, respublikanın polis və prokurorluq əməkdaşlarının peşəkarlıqla həyata keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində qeyri-aşkar şəraitdə törədilən daha bir qətlin üstü "İsti izlər"lə açılıb.

Belə ki, fevralın 20-də Gəncə şəhərində 1982-ci il təvəllüdlü Cəlilov Elmir Elqədər oğlunun odlu silahla qətlə yetirilməsi faktına görə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Aparılan istintaq-əməliyyat tədbirləri nəticəsində cinayətin əvvəllər məhkum olunan 1984-cü il təvəllüdlü Tağıyev Anar Şahin oğlu tərəfindən törədilməsinə əsaslı şübhələr yarandığından o, tutularaq istintaqa cəlb olunub.

A.Tağıyev cinayətin aləti olan lüləsi kəsilən ov tüfəngini istintaqa təhvil verib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.