Dövlət qurumlarında beynəlxalq telefon əlaqəsi məhdudlaşdırıldı

Ölkə büdcəsinin əvvəlki illərlə müqayisədə azalması dövlət qurumlarını da hərəkətə keçirib.


Dövlət qurumlarında bir çox başqa sahələrlə yanaşı, beynəlxalq əlaqələrlə bağlı telefon danışıqlarına məhdudiyyətlər qoyulub.

Belə ki, artıq dövlət işçiləri xarici ölkələrə telefon açarkən bunun səbəbini və vacibliyini bəyan etməlidirlər. Artıq bir sıra dövlət qurumlarının əməkdaşları hansı ölkəyə nə üçün zəng edəcəklərini əvvəlcədən bildirir və ya danışıqlarının vaxtı barədə məlumat verirlər.

Modern.az