Küçə uşaqlarında qorxunc xəstəliklər - Aşkarlandı

"Azərbaycanda küçə uşaqları arasında siflis aşkarlananları da var".


Bu barədə 3 saylı Uşaq Dəri-Zöhrəvi Dispanserininin şöbə müdiri Hürriyyə Qarayeva məlumat verib. H. Qarayeva bildirib ki, siflis aşkarlanan uşaqlar əsasən 14-15 yaş arasında olurlar: "Küçə uşaqlarında daha çox göbələk, qoturluq və bitliliyə daha çox rast gəlinir. Bu cür dəri xəstəliklərinin məhz küçə uşaqları arasında daha çox qeydə alınması, onların eyni əşyalardan, yataqdan, geyimdən istifadə etməsi ilə əlaqədardır. Qoturluq, göbələk xəstəliyi hava-damcı yolu ilə yoluxmur. Bu xəstəlik birbaşa dəriyə təmas vasitəsilə keçir. Küçə uşaqları sığındıqları yerlərdə yataq dəstlərindən, müxtəlif əşyalardan, eləcə də, geyimdən istifadə etdiklərindən, bu cür dəri xəstəlikləri onların arasında daha sürətlə yayılır. Həkimə vaxtında müraciət edəndə qoturluq bir həftəyə, göbələk bir-iki aya müalicə edilir".

H. Qarayeva bildirib ki, eyni zamanda küçə uşaqları düzgün həyat şəraitində yaşamadıqlarındam sifilist, qonoruya xəstəliyinə də mübtəla olurlar. Şöbə müdiri dəri-zöhrəvi xəstəliklərin erkən təyininin və müalicəsinin uğurla sonuclandığını söyləyir.

Movqe.az