- Köhnə - Cəmiyyət
- 22 Mart 2016 18:52
- 6 264
Azərbaycanlı qız Rusiyada ən gözəl tələbə seçildi - Foto

18 yaşlı azərbaycanlı qız Kəmalə Məmmədova Rusiyada “Miss tələbə - 2016” gözəllik müsabiqəsinin qalibi olub.
AzNews.az Oxu.Az-a istinadən xəbər verir ki, Kəmalə Novokuybışevsk tibb kollecinin tələbəsidir.
"Noybışevsk Miss tələbə - 2016" gözəllik yarışmasında qızlar 3 mərhələdə mübarizə aparıblar. İlk mərhələ qızlar özləri haqda, bacarıqları və hobbiləri barədə danışıblar. İkinci mərhələ - yaradıcı nömrələr, üçüncü mərhələdə isə iştirakçılar səhnəyə axşam paltarlarında çıxıblar.
Müsabiqənin əsas "miss" tituluna Bakıdan olan cazibədar Kəmalə Məmmədova layiq görülüb.



