- Köhnə - Cəmiyyət
- 29 Mart 2016 18:19
- 5 928
“Son zəng”in tarixi açıqlandı

Bu il ümumtəhsil müəssisələrində "Son zəng" tədbirlərinin keçiriləcəyi tarix açıqlanıb.
Təhsil Nazirliyinin mətbuat xidmətindən AzNews.az-a daxil olan məlumata görə, Nazirlər Kabinetinin 2014-cü il 30 oktyabr tarixli 362 nömrəli qərarı ilə "Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi"ndə edilən dəyişikliyə əsasən, ümumtəhsil məktəblərində dərs məşğələləri sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatır: "Bununla əlaqədar, "Son zəng" tədbirləri iyunun 14-də keçiriləcək".