Azərbaycan Beynəlxalq Bankından götürülən kreditlərlə bağlı bir sıra şirkətlərə qarşı məhkəmə iddiası qaldırılıb. Azərbaycan Beynəlxalq Bankından götürülən kreditlərlə bağlı bir sıra şirkətlərə qarşı məhkəmə iddiası qaldırılıb.

Kredit borcu olanların obyektlərini əllərindən alırlar?

Azərbaycan Beynəlxalq Bankından götürülən kreditlərlə bağlı bir sıra şirkətlərə qarşı məhkəmə iddiası qaldırılıb.


Belə bir iddia əsasında 1 saylı Bakı İnzibati İqtisad Məhkəməsində məhkəmə prosesi keçirilib.

"Aqrarkredit" Qapalı Səhmdar Cəmiyyəti (QSC) Bank Olmayan Kredit Təşkilatı "Aztorq" MMC və "Xəzər Menecment System" şirkətlərinin banka olan borclarının bir hissəsinin onlara məxsus 20 ədəd külək enerjisi ilə işləyən qurğulara yönəldilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edib. Məhkəmə iddianı təmin edərək şirkətlərin banka olan borclarının bir hissəsinin həmin qurğulara yönəldilməsi barədə qərar qəbul edib.

Məsələ ilə bağlı "Xəzər Menecment System" şirkətinin direktoru Adil Mikayılovun vəkili Azər Tanrıverdi bildirib ki, onlar məhkəmə prosesində iştirak etməyiblər: "Adil Mikayılov həmin şirkətin rəhbərliyindən istefa vermək niyyətindədir, bununla bağlı məsələ qaldırmışıq. Bununla əlaqədar biz adiyyəti vergi orqanlarına müraciət etmişik və prosesdə iştirak etməmişik ".

Qeyd edək ki, Azərbaycan Beynəlxalq Bankı ilə bağlı başlanılan cinayət işi üzrə bir neçə nəfər həbs edilib. "Xəzər Menecment Sistem" şirkətinin rəhbəri Adil Mikayılov cinayət işi ilə bağlı həbs olunsa da, sonradan azadlığa buraxılıb. Belə ki, Nərimanov rayon Məhkəməsinin qərarı ilə A.Mikayılov barəsində seçilmiş həbs-qətimkan tədbiri başqa yerə getməmə qətimkan tədbiri ilə dəyişdirilib.

Ötən il iyulun 15-də prezident İlham Əliyev "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin maliyyə durumunun sağlamlaşdırılması və dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı tədbirlərin həyata keçirilməsini təmin etmək məqsədi ilə fərman imzalayıb. Həmin fərmanda Maliyyə Nazirliyi və Mərkəzi Bankının "Azərbaycan Beynəlxalq Bankı" ASC-yə məxsus problemli aktivləri müəyyən etmələri, həmin aktivlərin mərhələli şəkildə müvafiq həcmdə likvid vəsait müqabilində bankın balansından çıxarılaraq dövlətə məxsus "Aqrarkredit" QSC Bank Olmayan Kredit Təşkilatının idarəetməsinə verilməsi tapşırılıb.

APA.az