“Ötən ilin may ayında “Beynəlxalq Bank işi”nə görə həbs edilən oliqarxlardan bəzilərinə yeni ittihamlar irəli sürülüb. Buna səbəb onların ilkin istintaq müddətində həbsdə saxlanılmaları üçün müəyyən edilmiş vaxt limitinin bitməsidir. İrəli sürülən ittihamlara görə, onların həbs müddəti uzadılıb”. “Ötən ilin may ayında “Beynəlxalq Bank işi”nə görə həbs edilən oliqarxlardan bəzilərinə yeni ittihamlar irəli sürülüb. Buna səbəb onların ilkin istintaq müddətində həbsdə saxlanılmaları üçün müəyyən edilmiş vaxt limitinin bitməsidir. İrəli sürülən ittihamlara görə, onların həbs müddəti uzadılıb”.

“Beynəlxalq Bank işi”nə görə kimlər həbsdən çıxır?

“Ötən ilin may ayında “Beynəlxalq Bank işi”nə görə həbs edilən oliqarxlardan bəzilərinə yeni ittihamlar irəli sürülüb. Buna səbəb onların ilkin istintaq müddətində həbsdə saxlanılmaları üçün müəyyən edilmiş vaxt limitinin bitməsidir. İrəli sürülən ittihamlara görə, onların həbs müddəti uzadılıb”.


Bunu vəkil Kamandar Nəsibov deyib.

Onun sözlərinə görə, yeni ittihamlar 7-8 nəfərə qarşı irəli sürülüb: "Bildiyimə görə, yeni ittiham irəli sürülənlər arasında "Qlobus Plaza"nın sahibi Dünyamin Xəlilov, Beynəlxalq Bankın sabiq rəhbəri Cahangir Hacıyev də var. "AzMeCo" şirkətinin Direktorlar Şurasının Sədri Nizami Piriyev, "Avesta" konserninin rəhbəri İbrahim Nehrəmli azadlıqda olsalar da, onlara qarşı da əlavə ittihamlar irəli sürülüb".

Vəkil istintaq və həbs müddəti sona çatdığı üçün azadlığa çıxması ehtimal edilən şəxslərdən bəzilərinin adlarını açıqladı: "Ümumiyyətlə, bu məsələyə görə saxlanılanların sayı 20 nəfərdən çoxdur. Məhkəmənin 15-17 nəfəri azadlığa buraxacağı ehtimal edilir. Azadlığa buraxılması ehtimal edilənlər arasında Elxan Cavad, Ratmir Bəkirov, "qara polkovnik" kimi tanınan mərhum polis polkovniki Fətulla Hüseynovun oğlu Adil Hüseynov və başqaları var. Ancaq hər halda son sözü məhkəmə deyəcək".


Kamandar Nəsibov - bir neçə oliqarxın hüquqlarını müdafiə edən vəkil

Həbs edilənlərin bir qisminə yeni ittihamların irəli sürülməsi həmin şəxslərin ilkin istintaq müddətində həbsdə saxlanılması üçün müəyyən edilmiş vaxt limitinin bitməsi ilə əlaqədardır. Bu limit bitdikdə istintaq ya işi məhkəməyə göndərməli, ya əlavə ittihamlar irəli sürüb istintaq müddətini uzatmalıdır.

İstintaqı Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi aparır.

Ötən ilin may ayında Azərbaycanda bir neçə iş adamı həbs edilib. Tutulan biznesmenlər arasında "Avesta" konserninin rəhbəri Hacı İbrahim Nehrəmli, neft oliqarxı, "PNN Group"un təsisçisi, Azərbaycanda "KFC" restoranlar şəbəkəsinin qurucusu Nizami Piriyev, "Globus Plaza"nın sahibi, eks-deputat Dünyamin Xəlilov, "Azİmport" şirkətinin rəhbəri, Dövlət Bayrağı Meydanı İdarəsinin sabiq rəisi Rəşad Məmmədov kimi tanınmış şəxslər də vardı.

Beynəlxalq Bankdan götürdükləri külli miqdarda kredit borcunu ödəmədikləri üçün saxlanılan iş adamlarından 43-ü sonradan borcunu qaytardığına görə sərbəst buraxılıb.

Sərbəst buraxılmış iş adamlarının indiyə qədər ödədikləri vaxtı keçmiş kredit borcunun ümumi miqdarı 110 milyon manat təşkil edirdi.

"Oliqarxlardan bəzilərinin Beynəlxalq Banka 310 milyon manatadək kredit borcu var idi".

Həbs edilən şəxslər Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə təqsirləndirilmiş və onların haqqında 4 aylıq həbs qətimkan tədbiri seçilmişdi.

4 aylıq həbs qətimkan tədbiri seçilən biznesmenlərdən bəzilərinin həbs müddəti bitdiyi üçün sonradan onların bir neçəsinin dustaqlıq müddəti uzadılıb.

"Azərbaycan Beynəlxalq Bankına külli miqdarda borclarının olmasına görə həbs edilən iş adamlarından heç biri aldığı milyonlarla manat kreditin qarşılığında banka girov qoymayıb. Onların həbsdə saxlandığı müddətdə isə saxlandıqları istintaq təcridxanalarında girov haqqında sənədlər imzalatdırılıb.

Anspress.com