Bakıda və Abşeron yarımadasında iyulun 12-də hava şəraiti dəyişkən buludlu olacaq. Bakıda və Abşeron yarımadasında iyulun 12-də hava şəraiti dəyişkən buludlu olacaq.

Sabah da yağış yağacaq

Bakıda və Abşeron yarımadasında iyulun 12-də hava şəraiti dəyişkən buludlu olacaq.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AzNews.az-a verilən məlumata görə, paytaxtda və yarımadada arabir tutulacağı gözlənilir.

Yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Güclü şimal-qərb axşam mülayimləşəcək.

Havanın temperaturu gecə 19-22 dərəcə isti, gündüz 24-27 dərəcə isti olacaq. Bakıda gecə 19-21 dərəcə isti, gündüz 24-26 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 755 mm civə sütunundan 762 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 75-85%, gündüz 60-70% təşkil edəcək.

Azərbaycanın rayonlarında sabah şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 16-21 dərəcə isti, gündüz 25-30 dərəcə isti, dağlarda gecə 8-13 dərəcə isti, gündüz 14-19 dərəcə isti olacağı gözlənilir.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 19-20 dərəcə, Buzovna, Mərdəkan, Şüvəlanda 20-21 dərəcə, Türkan, Hövsan, Sahil, Şıxda 22-23 dərəcə isti olacağı gözlənilir.