Narkomaniyaya qarşı mübarizədə gənclərin maarifləndirilməsi


Bu gün Nizami rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə "Narkomaniyaya qarşı mübarizədə gənclərin maarifləndirilməsi" mövzusunda tədbir keçirilib. Tədbir Heydər Əliyev adına Nefayırma Zavodunun mədəniyyət sarayında baş tutub.

Toplantıda Nizami rayon icra basçısı Tahir Budaqov, Milli Məclisin üzvləri, məktəb direktorları, sagirdlər və ictimaiyyət nümayəndələri iştirak edib. Müzakirəyə çıxarılan mövzu ətrafında fikirlərini bildirən istirakçılar son illər ərzində bu istiqamətdə görülən işlərdən danışıblar. Qeyd olunub ki, bu istiqamətdə görülən işləri qənaətbəxş saymaq olar.

Tədbirin sonunda "Xaşxaşın göz yasları" adlı tamasa göstərilib.

Gültəkin Qəhrəmanlı
AzNews.az