Vəkil Elçin Sadıqov sosial şəbəkədə paylaşım edərək, tanınmış şəxslərdən birinin ona borcıu olduğunu, pulu ödəmək istəmədiyini qeyd edib. Vəkil Elçin Sadıqov sosial şəbəkədə paylaşım edərək, tanınmış şəxslərdən birinin ona borcıu olduğunu, pulu ödəmək istəmədiyini qeyd edib.

Vəkillə hərbi ekspert arasında 4400 avro qalmaqalı: “Xəcalət çəkirəm”

Vəkil Elçin Sadıqov sosial şəbəkədə paylaşım edərək, tanınmış şəxslərdən birinin ona borcıu olduğunu, pulu ödəmək istəmədiyini qeyd edib.


Vəkilin sözlərinə görə, həmin şəxs ona 4400 avro borcludur: "Hələ adını açıqlamadğım bir nəfər ictimai tanınmış şəxs var. Onun işini Avropa Məhkəməsində udmuşam, işin aparılması üçün hüquq xidməti, poçt xidməti, tərcümə xidmətini özüm ödəmişəm və Avropa Məhkəməsi 10.000 (on min) AVRO ona 4400 (dördmin dörd yüz) AVRO mənə pul ayırıb.

Dəfələrlə ona pulu verməli olduğunu bildirəndə kompensasiyanın hələ ödənilmədiyini bildirirdi və qeyd edirdi ki, əsas məsələnin mənəvi tərəfi onu maraqlandırır.

Daha sonra bu adam mənə 13 iyun 2016-cı il tarixdə etibarnamə verdi və 03 sentaybr 2015-ci il tarixdən hesabdan çıxarış gətirdi ki, guya ona pul köçürülməyib. Hətta KİV-də dəfələlərlə bəyanatlar verdi ki, guya Hökümət onun pulunu verməyib.

Etibarnaməni aldıqdan sonra rəsmi sənədləri əldə edərək müəyyən etdim ki, həmin pul düz bir il əvvəl 2015-ci ilin iyul ayının 15-də onun hesabına köçürülüb. 22 iyul 2015-ci il tarixdə 10.000 AVRO, 23 iyul 2015-ci il tarixdə isə mənə çatası 4313 (dörd min üç yüz on üç) AVRO pulu şəxsən hesabdan çıxarıb və bunu məndən oğurlamaq məqsədilə gizlədib".

Paylaşıma şərh yazan şəxslər həmin şəxsin ehtiyatda olan zabit, hərbi ekspert Üzeyir Cəfərov olduğunu qeyd edib.

AzNews.az-ın əməkdaşı məsələ ilə bağlı Üzeyir Cəfərovla əlaqə saxlayıb. Ekspert bildirib ki, onun Elçin Sadıqovla heç bir müqaviləsi olmayıb: "Mən Elçin Sadıqovla heç bir müqavilə imzalamamışam. Müqaviləm Media Hüququ İnstitutu ilə olub. Həmin institutla heç bir problemin yoxdur və olmayıb. Sadəcə anlaya bilmirəm ki, insanlar öz problemlərini niyə mənim üzərimə atırlar? Öz aralarında olan məsələni niyə mənim üzərindən həll edirlər?

Düzdür, Elçin Sadıqov mənim adımı çəkməyib, amma baxdım ki, bəziləri təhqiramiz ifadələr yazırlar. Hər şeyi səbrlə izləyirəm.

Elçin Sadıqov Avropa İnsan Hüquqları Məhkəməsinin qərar hissəsini götürüb oxusun. Orada Elçin Sadıqovla bağlı bir cümlə belə öz əksini tapmayıb. Media Hüququ İnstitutu tərəfindən çəkilən bəzi xərclər mənim tərəfimdən onlara ödənilib. Mənim ikinci işim də onlar tərəfindən göndərilib. Onun da borc-xərclərini ödəmişəm.

Bu adama görə xəcalət çəkirəm. Onun anası ilə bağlı problemi var. Məndən xahiş elədilər ki, o, çətin vəziyyətdədir, kömək elə. Mən də "baş üstə" dedim.

Elçin Sadıqovla mənim heç bir problemim olmayıb. Amma anlamadığım odur ki, onlar niyə öz məqsədlərini mənim üzərimə yönəldirlər? Bunu ona yaraşdırmıram. Əgər sən vəkilsənsə, məsələni hüquqi müstəvidə həll et.

May ayında mən ona etibarnamə verdim. İşi götürüblər, Rəşid Hacılı isə Azərbaycandan gedib. Bu isə məni şantaj yolunu seçib. Mən ona həmin imkanı verməyəcəyəm. Hər şey hüquqi müstəvidə öz həllini tapacaq".

Bahar