Bu gün Bakı Apellyasiya Məhkəməsində şair Saday Şəkərlinin şikayətinə baxılıb. Bu gün Bakı Apellyasiya Məhkəməsində şair Saday Şəkərlinin şikayətinə baxılıb.

Saday Şəkərlinin cəzası azaldıldı - Yarıbayarı

Bu gün Bakı Apellyasiya Məhkəməsində şair Saday Şəkərlinin şikayətinə baxılıb.


Bu barədə AzNews.az-a məlumat verən Azərbaycan Ziyalılar Birliyinin sədri Eldəniz Quliyev bildirib ki, məhkəmə onun cəzasının 5 il müddətinə endirilməsiylə bağlı qərar verib. Onun ittiham olunduğu CM-nin 182.2.3 maddəsi 182.2.2 maddəyə tövsif edilib. Həmçinin Saday Şəkərli xüsusi rejimli cəzaçəkmə müəssisəsindən ümumi rejimli cəzaçəkmə müəssisəsinə köçürüləcək.

E. Quliyev qərardan Ali Məhkəməyə şikayət olunacağını və onun barəsində verilən hökmə tamamilə xitam verilməsinin tələb olunacağını deyib.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsi Saday Şəkərlini 10 il müddətinə azadlıqdan məhrum etmişdi.

Xatırladaq ki, rəsmi məlumata görə, Bakı şəhər sakini Saday Şəkərovun (Saday Şəkərli) külli miqdarda əmlak əldə etmək məqsədilə Vergilər Nazirliyinin vəzifəli şəxsi haqqında kütləvi informasiya vasitələrində ifşaedici, onu nüfuzdan salan, uydurma yazılar yazmaqla, barəsində rüsvayedici məlumatlar yayma hədəsi ilə tələb etdiyi 10 min manat məbləğində pulu almasında şübhələr üçün əsaslar olduğundan faktla bağlı Cinayət Məcəlləsinin 182.3.2-ci (külli miqdarda əmlakı hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanıb. S. Şəkərov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Cinayət Məcəlləsinin qeyd edilən maddəsində nəzərdə tutulan ittiham elan edilməklə, məhkəmənin qərarı ilə barəsində həbs-qətimkan tədbiri seçilib.