- Köhnə - Cəmiyyət
- 29 Avqust 2016 16:19
- 7 623
12 yaşlı uşağın meyiti tapıldı - Bakıda (Yenilənib)
12 yaşlı dilənçinin ölüm səbəbini müəyyənləşdirmək üçün meyiti ekspertizaya göndərilib.
Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyindən verilən məlumata görə, laborator müayinələr üçün meyitdən zəruri bio-materiallar götürülüb və şöbələrə göndərilib.
İlkin şübhəyə görə, 12 yaşlı uşağın ölümünə səbəb zəhərlənmə olub.
Lent.az
***
14:59
Bakının Nəsimi rayonunda 12 yaşlı uşağın meyiti aşkarlanıb.
Hadisə M.Cəlal küçəsi ev 205-in qarşısında qeydə alınıb.
Həmin ünvanda Yevlax rayon sakini 2004-cü il təvəllüdlü Əlixan Məmmədovun üzərində zoraklıq əlamətləri görünməyən meyiti aşkar olunub.
Ə.Məmmədovun dilənçiliklə məşğul olduğu ehtimal edilir.
Faktla bağlı Nəsimi Rayon Prokurorluğunun əməkdaşları tərəfindən istintaq davam etdirilir.
Report.az