Tərtər rayonunun Yuxarı Qaradağlı kəndi ərazisində Ermənistan hərbçilərinin nəzarətində olan postdan bir neçə yüz metr aralıda toy mağarı qurulub. Tərtər rayonunun Yuxarı Qaradağlı kəndi ərazisində Ermənistan hərbçilərinin nəzarətində olan postdan bir neçə yüz metr aralıda toy mağarı qurulub.

Cəbhə xəttinə ən yaxın məsafədə toy çalındı - Video

Tərtər rayonunun Yuxarı Qaradağlı kəndi ərazisində Ermənistan hərbçilərinin nəzarətində olan postdan bir neçə yüz metr aralıda toy mağarı qurulub.


AzNews.az ARB-yə istinadən xəbər verir ki, kənd sakini Alim Hüseynov üçün toy çalınıb. Sakinlər deyirlər ki, bu istiqamətdə atəşkəs tez-tez pozulur. Kənd ərazisinə müxtəlif vaxtlarda mərmilər atılıb, tikililər dağılıb.

"Bu kəndin sakiniyik. Hər zaman da kəndimizdə qalacağıq",- deyə toyun sahibi Firuzə Hüseynova bildirib.

Bəy Alim Hüseynov isə kənd sakinlərinin Azərbaycan ordusuna arxalandığını qeyd edib: "Sakinlər ordumuza güvənib burada yaşayır. Onlar hər zaman kənddəki bu cür məclislərə qatılır".