- Köhnə - Cəmiyyət
- 7 Dekabr 2012 16:40
- 6 422
Mir Şahin: "Məni ANS-dən..." - YENİLƏNİB

Xəbəri dəqiqləşdirmək üçün Mirşahin Ağayevlə əlaqə saxladıq. O, AzNews.az-a açıqlamasında bunu şaiyə olduğunu dedi: "Bu şaiyədir. Bir həftədən çoxdur ki, Gürcüstandayam. Həyat yoldaşımın yaxın qohumu dünyasını dəyişib. Məni ANS-dən niyə çıxarsınlar ki... Bu kimi məlumatların haradan qaynaqlandığını başa düşə bilmirəm".
17:16
***
AzNews.az-a daxil olan məlumata görə, ANS telekanalının vitse-prezidenti Mir Şahin Ağayev işdən çıxarılıb.
Məlumata görə, M.Ağayev 1 həftəyə yaxındır ki, işə çıxmır. Hətta onun həyat yoldaşının da telekanaldan ayrıldığı bildirilir.
Xəbəri dəqiqləşdirməyə çalışırıq.
Fuad Mədətov
Bahar Rüstəmli
AzNews.az