Bakı İstintaq Təcridxanasının rəisi vəzifəsi nazirliyin digər bir idarəsinin rəisinə həvalə olunub Bakı İstintaq Təcridxanasının rəisi vəzifəsi nazirliyin digər bir idarəsinin rəisinə həvalə olunub

Mədət Quliyev yeni rəis təyin etdi

Bakı İstintaq Təcridxanasının rəisi vəzifəsi nazirliyin digər bir idarəsinin rəisinə həvalə olunub



Trend-in Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinə istinadən verdiyi xəbərə görə, xidmətin rəisi, ədliyyə general-leytenantı Mədət Quliyevin əmri ilə təcridxananın rəisi vəzifəsinə müvəqqəti olaraq Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Tərbiyə İşinin Təşkili İdarəsinin rəisi, ədliyyə polkovniki Azər Seyidov təyin olunub.

Qeyd edək ki, Bakı İstintaq Təcridxanasının əvvəlki rəisi, ədliyyə polkovniki Elxan Sadıqov ötən həftə yaş həddi ilə bağlı təqaüdə göndərilib. Sadıqov 2009-cu ilin may ayından Bakı İstintaq Təcridxanasının rəisi vəzifəsində çalışırdı.