“Əgər o kəndlər ayağa qalxsa, onun qarşısını heç bir məmur ala bilməyəcək” “Əgər o kəndlər ayağa qalxsa, onun qarşısını heç bir məmur ala bilməyəcək”

Göyçayda da üsyan “yetişir”

“Əgər o kəndlər ayağa qalxsa, onun qarşısını heç bir məmur ala bilməyəcək”


"Bu gündə olmasa sabah Göyşay ikinci İsmayıllı aqibətini yaşayacaq". Bunu AzNews.az-a AXC-nin ali məclis üzvü Səmid Məmmədov bildirdi.

S.Məmmədov deyir ki, Göycay şəhərində elə bir adam, ailə, şirkət rəhbəri, hətta müəllimə kimi hamı məmur özbaşınalığından narazıdır:

"İsmayıllıda baş verən proseslər artıq Göycayda da gedir. Kütləvi şəkildə toplantılar olmasa da, camaat ümumi şəkildə icra başçısından narazıdır. Buna səbəb isə rayon icra hakimiyyətindəki özbaşınalıqlarıdır. Şəhərdə bir metr də olsa, yer qalmayıb. İcra başçısı hamısını mağaza sahibləri ilə sahibkarlara satıb. Vaxtlı-vaxtında əmək haqlarını, pensiyalarını ala bilmirlər. Kütləvi şəkildə olan narazılıqlar aksiyalara aparır. Göyçayda ən böyük narazılıqlar kəndlərdədir. Əgər o kəndlər ayağa qalxsa, onun qarşısını heç bir məmur ala bilməyəcək".

Bahar Rüstəmli
AzNews.az