- Dünyanın halı
- 14:06
- 872
Netanyahu: “Bu gün siyahıdan iki nəfər sildim”
İsrailin İran qarşı başlatdığı müharibə 19-cu gününə çatarkən, Baş nazir Binyamin Netanyahu sosial şəbəkədə paylaşdığı video ilə yayılan iddialara münasibət bildirib.
Netanyahu ABŞ-ın İsraildəki səfiri Mayk Hakabi ilə görüşündən görüntülər yayımlayaraq, İranın cavab hücumu nəticəsində öldürüldüyü barədə iddiaları təkzib edib. “Bəli, gördüyünüz kimi, sağam”, – deyə o bildirib.
Görüş zamanı Hakabi qeyd edib ki, bu təmas ABŞ prezidenti Donald Trampın təşəbbüsü ilə baş tutub. Netanyahu isə Tramp ilə münasibətləri yüksək qiymətləndirərək ABŞ-la əməkdaşlığı “inanılmaz” adlandırıb.
Baş nazir həmçinin İranın nüvə silahı hazırlamaq və bu silahları ABŞ şəhərlərinə çatdırmaq planlarının olduğunu iddia edərək, “Buna nail ola bilməyəcəklər” deyib.
Görüş zamanı Netanyahu üzərində müxtəlif adların olduğu siyahını göstərərək, “Bu gün siyahıdan iki adı sildim” ifadəsini işlədib.
Mövsüm,
AzNews.az