AMEA-nın müxbir üzvü, filologiya elmləri doktoru, professor Əliyar Səfərli vəfat edib. AMEA-nın müxbir üzvü, filologiya elmləri doktoru, professor Əliyar Səfərli vəfat edib.

Azərbaycanın İrandakı keçmiş səfiri dünyasını dəyişdi

AMEA-nın müxbir üzvü, filologiya elmləri doktoru, professor Əliyar Səfərli vəfat edib.

APA-nın məlumatına görə, Ə. Səfərli 80 yaşında ürək tutmasından dünyasını dəyişib.

Qeyd edək ki, Ə. Səfərli Əliyar Səfərli 1937-ci ildə Ordubad rayonunun Anabad kəndində anadan olub. 1955-ci ildə orta məktəbi, 1960-cı ildə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakultəsinin İran filologiyası şöbəsini bitirib, 1960-1968-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunun elmi işçisi olub. Uzun müddət BDU-nun Filologiya fakultəsində tədrislə məşğul olub, 1986-1994-cü illərdə Azərbaycan ədəbiyyatı tarixi kafedrasının müdiri işləyib.

Əliyar Səfərli diplomatik sahədə də fəaliyyət göstərib. 1994-1998-ci illərdə Azərbaycan Respublikasının İran İslam Respublikasında fövqəladə və səlahiyyətli səfiri olub.