Vergilər Nazirliyinin Bakı şəhəri üzrə vergi ödəyicilərinə xidmət mərkəzlərinin sistemi sıradan çıxıb. Vergilər Nazirliyinin Bakı şəhəri üzrə vergi ödəyicilərinə xidmət mərkəzlərinin sistemi sıradan çıxıb.

Vergi ödəyicilərinə xidmət mərkəzində sistem iflic oldu

Vergilər Nazirliyinin Bakı şəhəri üzrə vergi ödəyicilərinə xidmət mərkəzlərinin sistemi sıradan çıxıb.

AzNews.az xəbər verir ki, bu gün paytaxt sakinləri Bakının bir neçə Vergi ödəyicilərinə xidmət mərkəzinə müraciət etsə də onlara daxili və online sistemlərinin işləmədiyini bildiriblər. Vergi ödəyicilərinə xidmət mərkəzlərindən əhaliyə sistemin nə vaxt bərpa ediləcəyi ilə bağlı açıqlama verilməyib.

Nəzərə alsaq ki, yanvar ayının 20-ə qədər vergi ödəyiciləri illik hesabat verməldir, onda vəziyyətin nə qədər ciddi olduğunu başa düşmək olar.

Məsələylə bağlı Vergilər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Şahim Məmmədovla əlaqə saxldıq məsələni araşdırcağını və ətrafllı məlumat veriləcəyini desə də, sonrada zənglərimizə cavab vermədi.