Arvadını stəkanla öldürən kişiyə hökm oxundu

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində arvadını stəkanla qətlə yetirməkdə təqsirləndirilən Müzəffər Piriyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un məlumatına görə, hakim Tamella Nəsrullayevanın sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə veriblər. Daha sonra məhkəmə istintaqının yekunlaşdığı elan olunaraq, dövlət ittihamçısı çıxış edib.

Prokuror çıxışında M.Piriyevin 19 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəmənin növbəti iclası yanvarın 18-nə təyin edilib.

Qeyd edək ki, qətl hadisəsi ötən il Səbail rayonu, Gülbala Əliyev küçəsi 13 ünvanında baş verib. Həmin ünvanda yaşayan 1971-ci il təvəllüdlü M.Piriyev ailə-məişət münaqişəsi zəminində həyat yoldaşı, 1982-ci ildə anadan olmuş Abbasova Cəlalə Yaşıl qızını boğaraq öldürüb. Hadisədən sonra M.Piriyev özü polisə gələrərək hadisə barədə məlumat verib. İlkin dindirilmə zamanı o, arvadını boğduğunu bildirib. Amma cəsədin müayinəsi zamanı qadının beyninə qan sızma nəticəsində ölüb. Səbəb isə başına vurulan zərbələr olub. Belə ki, M.Piriyev şüşə stəkan ilə arvadının başına bir neçə zərbə vurub. Daha sonra M.Piriyevin narkotik vasitələrin təsiri altında olduğu bəlli olub.

AzNews.az