Heydər Əliyevin Mexikodakı heykəlinin yeri dəyişdirildi

Azərbaycanın eks-prezidenti Heydər Əliyevin Mexikonun mərkəzi küçəsində yerləşən heykəli ötən gecə dostluq parkından götürülərək başqa yerə aparılıb.

Ria Novosti saytının verdiyi xəbərə görə, heykəlin yerinin dəyişdirilməsi ilə bağlı rəsmi məlumat yoxdur. Şəhər rəhbərliyi Azərbaycan tərəfi ilə danışıqlarda abidənin daşınması üçün rəsmi səbəb kimi şəhərsalma normalarının pozulmasını göstərib.
Heykəlin demontajı zamanı əraziyə 200 nəfərə yaxın polis əməkdaşı cəlb olunub, küçədə avtomobillərin hərəkəti dayandırılıb.

Abidənin hara köçürülməsi ilə bağlı rəsmi məlumat yoxdur və heykəlin köçürülməsi xərcləri Mexiko büdcəsi hesabına ödəniləcək.

Qeyd edək ki, Azərbaycanın Meksikadakı səfiri İlqar Muxtarov "Ria Novosti"yə müsahibəsində Meksika paytaxtının rəhbərliyi və Azərbaycan səfirliyi hazırda mərkəzi İslahatlar küçəsindəki park zonasında yerləşən Heydər Əliyevin abidəsinin köçürülməsi barədə demək olar ki, razılığa gəldiklərini deyib

AzNews.az