Bakıda "Əsgər ölümlərinə son!" şüarı ilə yanvarın 12-də keçirilən etiraz aksiyasında vəkil Anar Qasımlının ayağına təpiklə vuran polis əməkdaşı ilə bağlı verdiyi şikayət üzrə araşdırma başlayıb. Bakıda "Əsgər ölümlərinə son!" şüarı ilə yanvarın 12-də keçirilən etiraz aksiyasında vəkil Anar Qasımlının ayağına təpiklə vuran polis əməkdaşı ilə bağlı verdiyi şikayət üzrə araşdırma başlayıb.

Vəkil polisə çağırıldı- FOTO

Bakıda "Əsgər ölümlərinə son!" şüarı ilə yanvarın 12-də keçirilən etiraz aksiyasında vəkil Anar Qasımlının ayağına təpiklə vuran polis əməkdaşı ilə bağlı verdiyi şikayət üzrə araşdırma başlayıb.



Bu barədə A.Qasımlı özü sosial şəbəkədə yaydığı statusunda bildirib. Vəkil qeyd edib ki, bu barədə ona 1 saat öncə telefonla Çevik Polis Alayından araşdırmanı aparan polkovnik məlumat verib: "Xahiş etdi ki, Çevik Polis Alayına gəlim. Səbəbini soruşduqda dedi ki, rəis sizinlə görüşmək istəyir. Gəlməyinə gələcəm, amma bağışlamayacam!".

Qeyd edək ki. A.Qasımlıya qarşı polis zorakılığını nümayiş etdirən şəkillər Facebook-da yerləşdirilərək, geniş müzakirə edilmişdi.

Elnarə Əlosmanqızı
AzNews.az

image description