Erməni xəstəliyi-Əkrəm Əylisli haqqında


Cümşüd Nuriyev

Tibb elmində "erməni xəstəliyi" (sinonimləri- "Ceynuey-Mozental paroksizmal sindromu", "Reyman sindromu", "Siqal-Mamu xəstəliyi", "Periodik peritonit", "Aralıq dənizi lixoradkası") deyilən bir xəstəlik var ki, nadir genetik xəstəlik kimi dəyərləndirilir. Bu xəstəlik daha çox ulu babaları Aralıq dənizi hövzəsində yaşamış və indiki zamanda harada yaşamaqlarından asılı olmayaraq bütün ermənilərdə özüni biruzə verir (həmin xəstəlik bir daha sübut edir ki, ermənilər Qafqazda aborigen deyil, gəlmədirlər).

Çox təəssüf ki, erməni xislətli bəzi həmyerlilərimiz də bu gün də erməni xəstəliyindən "əziyyət çəkirlər" (məsələn, L.Yunus, A.Abdullayeva və s.). Bunlardan biri də Azərbaycan Ziyalılar Forumunun İdarə heyətinin üzvü Ə.Əylislidir. Əkrəm müəllim 1989-cu ildə, hadisələrin alovlandığı ilk vaxtlarda, "Drujba narodov" jurnalında bir əsər dərc elətdirmişdi ki, o zaman həmin əsəri ziyalılarımız "arxadan vurulan zərbə" kimi qiymətləndirmişdilər. Erməni xəstəliyi dövri olduğu üçün "görkəmli ziyalımız" yenə də bu xəstəliyə "düçar" olmuşdur. Yenə də həmin jurnal, yenə də həmin hərəkət, yenə də erməniyə sədaqət, yenə də həmin nifrət, yenə də həmin xəyanət, yenə də həmin qiymət.

Cənab Əylislidə təmiz türk tayfalarından olan Kəmərlilərə, Qarapapaqlara və digərlərinə olan daxili nifrətin mənbəyi bizlərə məlum olsa da, nədən həmin nifrətin indi ortaya çıxması ancaq ona məlumdur. Görəsən, bu millətin ziyalısı adlandırılan bir kəs E.Namazov, F.Cəlilov və digər "yerazlarla" necə bir yerdə ola bilir? Axı siz onları "Daş yuxular" əsərində belə təqdim edirsiniz ("Yeni Müsavat" qəzeti, 29.01.2013):

"Doktor, əziz doktor... öldürdülər... Günün günorta çağı belə bir adamı döyüb məhv elədilər. Hamısını eləyən bu yerazlardı, doktor, yerazlar. 5-6 yeraz gədəsi. Bu köpək uşağı qaçqınlar heç adamlara hörmət qoymurlar, doktor, əziz doktor. Nə artist sayırlar, nə şair, nə yazıçı bilirlər. Birinə erməni de – işi bitdi. O dəqiqə vəhşi heyvan kimi ayaqlarının altına salıb tapdalayacaqlar. Parçalayacaqlar, qorxudan heç kim yaxın da gedə bilməyəcək... ".

Heç utanırsınız?

Ermənilərin demədiklərini bu millətin adına yaraşdırmışsınız. Azərbaycanda biabırçı "yeraz" ayamasının yaddan çıxdığı bir vaxtda, siz bilərəkdən nankorcasına həmin ayamanı yenidən dövriyyəyə buraxmaq istəyirsiniz. İrəvan əhlini "vəhşi heyvan" kimi təqdim etməklə, ermənilərin uzun müddət ərzində sübut etmək istədiklərini təsdiqləyirsiniz. Sizin kimi ziyalılar bu millətin üz qarasıdır. Yeri gəlmişkən, indi ZF-nin lideri olan R.İbrahimbəyov da bir neçə il öncə Moskvada verdiyi bir müsahibədə İrəvanlıları təhqir etmişdi. Belə çıxır ki, sizin bu təhqirlərinizi qəbul edən İrəvan ziyalıları yenə də susacaqlar və sizin kimi üzdəniraqları dəstəkləyəcəklər.

Romandakı bir abzası mənə qatı şovinist Z.Balayanın "Xaç naminə" əsərini xatırlatdı (1996). Amma etiraf edim ki, Zori qardaşınızın təsvir edə bilmədiklərinə Siz nail ola bilmisiniz. Axı Siz milli ziyalısınız?! Həmin abzası qoy oxucular dəyərləndirsin:

"Parapetdə fontanlar var ha – yəqin siz onları görmüsüz. Ordan qəfil bir qışqırıq gəldi. Elə bil kimsə ulayırdı. Sən demə, bu, qoca erməni imiş. Çörək almağa çıxıbmış, elə orda yerazların əlinə düşüb. Elə ev paltarında... başmaqda... Mən o evin yanına çatanda yazığı artıq öldürüb hovuza atmışdılar. Gözləri açıq idi, doktor, özü də mənə baxırdı. Mən şəxsən onun necə öldürüldüyünü görməmişəm. Ancaq orda olanlar deyir, əvvəlcə ermənini hovuza, düz buz kimi suyun içinə atıblar. O da qoca kişidi, dözə bilməyib, çıxmağa çalışıb. Ancaq o oğlanlar hovuzun kənarında dayanıb ayaqları ilə onu döyüblər, ta ölənə qədər...".

Sonda yeraz olaraq bir cümlənizə kiçik dəyişiklik etməklə, Sizin kimi başabəla və millətinə xəyanət edən ziyalılara ünvanlayıram: "Doktoru daha çox .. müsəlman ZİYALILARIN (əlavə mənimdir) qəddar münasibəti dəhşətə gətirirdi, çünki, o, belə bir qəddar münasibəti ermənilər tərəfdən görməmişdi".