Elşad İskəndərov: “Azərbaycanda daha bilikli din xadimlərinə ehtiyac artır” Elşad İskəndərov: “Azərbaycanda daha bilikli din xadimlərinə ehtiyac artır”

Komitə sədri din xadimlərinin bilik səviyyəsindən narazıdır

Elşad İskəndərov: “Azərbaycanda daha bilikli din xadimlərinə ehtiyac artır”




"Azərbaycanda əksər dini icmaların maarifçilik səviyyəsi cəmiyyətin tələbatı fonunda qənaətbəxş deyil". APA-nın məlumatına görə, bunları Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov bildirib.

Komitə sədri qeyd edib ki, əksər din xadimləri biliklərinə görə vətəndaşların tələblərinə uyğun deyillər: "Bunu ən azı gündəlik müxtəlif məclislərdə hamımız şahidi oluruq".

E.İskəndərov deyib ki, Azərbaycanda dini biliklərə maraq artdıqca, daha yüksək səviyyədə biliklərə sahib din xadimlərinə ehtiyac artır: "Bu sahədə Komitənin müxtəlif elmi metodlardan ibarət proqramları olacaq".

Komitə sədrinin sözlərinə görə, ölkədəki dini icmaların fəaliyyəti dövlətin uğurlu siyasəti ilə həmahəng olmalı, dövlətçilik missiyasından yayınmamalıdır: "Bununla bağlı komitə üzərinə düşən inzibati funksiyanı həyata keçirməkdədir. Əvvəllər icmalar arasında müəyyən narazılıq vardısa, son illər müxtəlif texnoloji yeniliklər sayəsində bu yeniliklər aradan qalxıb".

AzNews.az