- Köhnə - Cəmiyyət
- 20 Mart 2017 17:22
- 4 310
Zaqatala və Zərdabda yanğın baş verib
Zaqatalanın Muxax kəndində, Zərdab rayonunun Gödəkqobu kəndində yanğın olub.
AzNews.az FHN-ə istinadən xəbər verir ki, Zaqatala rayonu, Muxax kəndində vətəndaşa məxsus ümumi sahəsi 112 m2 olan tövlənin içərisinə yığılmış 1,5 ton ot bağlamasının 1 tonu yanmışdır. Tövlə və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 15:45-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Zərdab rayonu, Gödəkqobu kəndində vətəndaşa məxsus ümumi sahəsi 100 m2 olan qamışdan ibarət köməkçi tikilinin yanar konstruksiyaları yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 14:48-də yanğınsöndürənlər tərəfindən söndürülüb.