Bakıda ən çox ev hardan alınır? - Video

Son bir neçə ay ərzində paytaxtda ən çox mənzillərin alındığı ərazilər məlum olub.

AzNews.az Xəzərxəbər.az-a istinadən xəbər verir ki, ilk yerlərdə Yasamal, Nərimanov, Nizami və Xətai rayonları gəlir. Vətəndaşların məhz həmin ərazilərdəki mənzilləri almaq istəyi müxtəlif səbəblərlə bağlıdır.

Bakıda mənzil alverinin ən canlı olduğu ərazilər müəyyən edilib. Son 5 ayda aparılan araşdırmalara əsasən ilk yerdə Yasamal rayonu gəlir.

Əmlak eksperti Vəfadar Axundovun sözlərinə görə sadalanan ərazilər paytaxtın 2 və 3-cü zonalarına aiddir. Bu zona mərkəzə yaxın olduğundan evlərin qiyməti həmişə diqqət mərkəzində olur.

Digər zonalarla sadalanan ərazilər arasında 40 faiz qiymət fərqi olur.Şəhərin mərkəzində çox bahalı olduğundan müraciətlər az olur.

3 otaqlı mənzillərin qiymətləri aktiv satış zonalarında 125-170 min manat arasında dəyişir.Ekspertin sözlərinə görə son aylar həyət evlərina olan tələbat və satış olduqca zəifdir.Bunun da əsas səbəbi sənədləşmə işləri ilə bağlıdır.

Ekspertlər yaya doğru qiymətlərdən cüzi enmələrin olacağını proqnozlaşdırırlar.

AzNews.az