Mahmud Nəbiyevə “Əməkdar hüquqşünas” fəxri adı verildi

Prezident İlham Əliyev Mahmud Yusif oğlu Nəbiyevə “Əməkdar hüquqşünas” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.

AzNews.az xəbər verir ki, sərəncamda deyilir:

M. Nəbiyevə Azərbaycan prokurorluq və məhkəmə orqanlarında uzunmüddətli səmərəli fəaliyyətinə görə fəxri ad verilib.

M. Nəbiyev Bakı Ağır Cinayətlər Məhkəməsinin sədridir.