Dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşən şəxs sudan çıxarılıb. Dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşən şəxs sudan çıxarılıb.

Dənizdə çimərkən batan şəxs xilas edildi

Dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşən şəxs sudan çıxarılıb.

AzNews.az FHN-nin saytına istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinə Bakı şəhəri, Qaradağ rayonunda 1 nəfərin dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub. Dərhal Xidmətin xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşı sudan çıxararaq aidiyyati üzrə təhvil veriblər. Əməliyyat saat 11:05-də başa çatıb.