Sürücülərin nəzərinə - Günün qızmar saatlarında diqqətli olun!

Günün qızmar saatlarında uzaq yola çıxan sürücülər diqqətli olsun!

Xezerxeber.az məlumat verir ki, çünki isti hava qəzalara səbəb ola bilər.

Mütəxəssislər bildirir ki, temperaturun yüksək olması və hərəkət nəticəsində əmələ gələn istilik avtomobilin müxtəlif detallarının sıradan çıxmasına səbəb ola bilər. Xüsusi ilə də qış və naxışları az olan şinlərdən istifadə etmək tövsiyə olunmur. Çünki belə təkərlərdə qızma prosesi daha tez baş verir.

Xüsusilə də kondisionersiz avotomobillərlə günün isti saatlarında yola çıxmaq tövsiyə olunmur.

Bu saatlarda yola çıxmağa məcbur olanlar avtomobili yol üçün təyin edilən sürətdən də yavaş sürsələr yaxşıdır. Əksər sürücü isə isti havanın maşına təsirindən xəbərsizdir.

Mütəxəssislər bildirir ki, istehsal ili köhnə olan avtomobillərin sürücüləri günorta saatlarında yola çıxarkən xüsusi ilə diqqətli olmalı və yola çıxmamışdan əvvəl avtomobillərini öz ustalarına göstərsələr yaxşıdır.

AzNews.az